17 C
Baku
Friday, May 3, 2024

Sürücülərin nəzərinə: Bakı-Quba yolunda tikinti aparılacaq

Oktyabrın 30-da M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci kilometrlik hissəsində yerüstü piyada keçidinin tikintisi aparılacaq.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən həmin hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər