Cənubi Koreyada “Hyundai”nin 42 Dot start-up şirkəti tərəfindən hazırlanmış sürücüsüz avtobuslar istifadəyə verilib.
Banker.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, vətəndaşlar rezervasiya etməklə avtobuslardan pulsuz istifadə edəcəklər. Avtobuslar müvəqqəti təhlükəsizlik tədbirləri çərçivəsində qısa məsafələr üçün istifadə ediləcək.
Qeyd olunub ki, “Hyundai” şirkətinin istehsal etdiyi avtobuslar kameralar və lazer şüaları vasitəsilə müəyyən olunmuş istiqamətdə hərəkət edə bilir.