12 C
Baku
Sunday, November 17, 2024

Sürücüsüz kommersiya avtomobili hazırlanacaq

“Fiat Chrysler Automobiles” (FCA) ilə “Waymo” şirkəti arasında sürücüsüz kommersiya avtomobili hazırlamaq barədə eksklüziv saziş imzalanıb.

Sazişə əsasən, FCA-nın istehsal etdiyi “Ram ProMaster” kommersiya yük vanlarında “Waymo Driver” sürücüsüz hərəkət sisteminin tətbiqi nəzərdə tutulur.

FCA ilə “Waymo” arasındakı əməkdaşlıq 2016-cı ildən davam etdirilir. Hərçənd “Alphabet”in törəmə şirkəti olub sürücüsüz avtomobil texnologiyaları şirkəti olan “Waymo”nun “Volvo”, “Nissan”, “Renault”, “Jaguar” kimi avtomobil istehsalçıları ilə də əməkdaşlıq edir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər