23 C
Baku
Saturday, April 20, 2024

Sürücüsüz qaraj: Almaniyada avtonom parkinq yaradılacaq

“Bosch” və “Daimler” dünyada ilk dəfə olaraq tamamilə avtonom olan parkinq sisteminin yaradılması üçün icazə ala biliblər.

Banker.az xəbər verir ki, layihə hal-hazırda nəzərdən keçirilir.

Qeyd edildiyi kimi, ilk avtonom parkinq sistemi gündəlik istifadə üçün nəzərdə tutulmuşdu. Gələcəkdə belə sistemlərin bütün dünya üzrə yayılması planlaşdırılır. Bu haqda “Mercedes-Benz” şirkətinin pilotsuz sürücülük və aktiv təhlükəsizlik şöbəsinin rəhbəri Michael Haffner bildirib.

“Bosch” qarajdakı ağıllı infrastruktura görə məsuliyyət daşıyır – avtomobilin müstəqil şəkildə hərəkət etdiyi zaman ona istiqamət verən xüsusi datçiklər. “Daimler” (“Mercedes-Benz” brendinin sahibi) isə avtomobillər və yer təmin edir.

Avtomobili dayanacaqda yerləşdirmək üçün sürücü mobil tədbiqdəki “park” düyməsini sıxır və avtomobil parkinq yerinə hərəkət etməyə başlayır. Əgər hər hansısa maneə olarsa (digər avtomobil və ya insan), sistem parkinq prosesini dayandırır və yol boşalandan sonra bir daha yeniləyir. Avtomobilin əvvəlki yerinə qayıtması üçün “pick up” düyməsini sıxmaq lazımdır.

Xatırladaq ki, layihə 2015-ci ildə tərtib edilməyə başlamışdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər