20 C
Baku
Sunday, April 14, 2024

Sürücüsüz taksi istifadəyə verildi

Rusiyanın nəhəng texnologiya şirkəti Yandex, paytaxt Moskvanın Yasenevo bölgəsində robot taksi xidmətini sınaq rejimində istifadəyə verib.

Sürücüsüz taksi xidmətinin hazırda yalnız bir bölgədə sınaqdan keçirildiyini vurğulayan şirkət, müştərilərin “Yandex Go” tətbiqindən robot taksi sifariş edə biləcəklərini bildirib.

Moskvada süni intellektlə idarə olunan ilk ictimai nəqliyyat xidməti Yandex, verdiyi açıqlamada, “Sürücüsüz taksi xidmətimiz Yasenevo bölgəsində hər gün səhər saat 7-dən gecə 1-ə qədər sınaq rejimində işləyir. Müştərilərimiz Yandex Go tətbiqi vasitəsilə taksi xidmətindən istifadə edə bilərlər.” deyə qeyd edib.

Hələlik robot taksidən yalnız 2021-ci ilin sentyabr ayının əvvəlində sınaq proqramına qeydiyyatdan keçmiş yetkin insanlar istifadə edə bilər.

Son xəbərlər
Digər xəbərlər