26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Şüşə istehsal edən şirkət də valyuta əməliyyatlarına görə cərimələnir

Screen Shot 2021 09 02 at 14.34.20

Sumqayıt Kimya Sənayesi Parkının rezidentlərindən biri Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnir.

Bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.

Şüşə istehsalçısı olan “AzerFloat” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 9 avqust 2021-ci il tarixdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəməyə Solmaz Mustafayeva hakim təyin edilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

“AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Müəssidə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər