28 C
Baku
Saturday, July 27, 2024

“Şüşəplastmas” ASC ötən ili zərərlə başa vurub

“Şüşəplastmas” ASC 2022-ci ili 18 219 manat zərərlə başa vurub. 2021-ci ildə şirkət 6 906 manat mənfəət etmişdir.

Banker.az bu barədə ASC-nin mühasibat balansına istinadən xəbər verir.

“Şüşəplastmas” ASC-nin 2022-ci ildə satışdan gəlirləri 148 253 manat olub ki, bu da illik müqayisədə 46% azdır. Əvvəlki ildə isə satışdan 272 473 manat gəlir əldə etmişdir.

Xatırladaq ki, “Şüşəplastmas” ASC 2002-ci ildə yaradılıb, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 297 348 manatdır.

suseplastmas

 

Son xəbərlər
Digər xəbərlər