16 C
Baku
Thursday, October 17, 2024

Şüşə biznesi ilə məşğul olan İlkin Əsədzadənin hər 2 şirkəti ötən ili xalis mənfəət əldə edib

Azərbaycanda şüşə istehsalçısı olan sahibkar İlkin Əsədzadənin şirkətləri ötən ili xalis mənfəətlə bitirib. Söhbət onun 7 yaşlı “Savalan-Glass” MMC və 3 ildir təsis etdiyi “ALL-Glass” MMC-dən gedir.

Banker.az xəbər verir ki, Əsədzadəyə məxsus pərakəndə şüşə satışı ilə məşğul olan “Savalan-Glass” MMC-nin gəlirləri 2022-ci ildə 3 milyon 41 min manat gəlir əldə edib. Bu, 2021-ci ildən 58% azdır. Belə ki, öncəki ildə şirkət 7 milyon 247 min manat gəlir əldə etmişdi.

“Savalan-Glass” MMC 2022-ci ildə bütün gəlir və xərclər fərqindən sonra 194 min manat xalis mənfəət əldə edib. Şirkətin xalis mənfəəti 2021-ci ildə 654 min manat idi.

1 yanvar 2023-cü il tarixinə şirkətin 756 min manat bölüşdürülməmiş mənfəəti yaranıb.

Əsədzadənin 2020-ci ildə təsis etdiyi “ALL-Glass” MMC isə demək olar ki, ilk ilindəcə xalis mənfəət əldə edib. “ALL-Glass”ın gəlirləri 2022-ci ildə 4 milyon 490 min manat olub. Şirkət 25 əməkdaşına cəmi 85 min manata yaxın əməkhaqqı, 16 min manat isə sığorta haqları ödəyib.

Beləliklə, “ALL Glass” MMC 2022-ci ildə 565 min manat xalis mənfəət əldə edib.

“ALL Glass” şirkəti şüşə təbəqəsinin formalaşdırılması və emalı ilə məşğul olur.

“Savalan-Glass” 2016-cı ildə yaradılıb. Şirkətin 50 manat nizamnamə kapitalı var, “ALL-Glass” isə 2020-ci ildə təsis edilib və 20 manat nizamnamə kapitalına sahibdir. Şirkətlərin səhmdarı və eləcə də icra orqanına birbaşa rəhbərlik edən şəxs İlkin Əsədzadədir.

Son xəbərlər
Digər xəbərlər