“Şüşəplastmas” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 23 yanvar 2026-cı il saat 9.30-da olacaq.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin idarə heyəti sədrinin və üzvlərinin seçilməsi.
2. Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin və sədrinin seçilməsi.
3. Cəmiyyətin təftiş komissiyasının yeni tərkibinin və sədrinin seçilməsi.
4. “Şüşəplastmas” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
Yığıncaq “Şüşəplastmas” ASC-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçiriləcəkdir.






