“Şüşəplastmas” ASC 2023-cü ili 24 303 manat mənfəətlə başa vurub. Halbuki, 2022-ci ildə şirkət 18 219 manat zərər etmişdir.
Banker.az bu barədə ASC-nin mühasibat balansına istinadən xəbər verir.
“Şüşəplastmas” ASC-nin satışdan gəlirləri 2022-ci ildə 148 253 manat ikən, 2023-cü ildə 348 582 manata yüksəlib.
Xatırladaq ki, “Şüşəplastmas” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 297 348 manatdır və qanuni təmsilçisi Bəxtiyar Axundzadədir.