7 C
Baku
Thursday, December 12, 2024

“Şuşa əhalisinin 90%-i azərbaycanlıdırsa, onu erməni şəhəri adlandırmaq çətindir”

Ermənistanın Baş nazir Nikol Paşinyan Şuşa ilə bağlı onun ünvanına səsləndirilən ittihamlara cavab verib.

O, bu barədə 44 günlük müharibənin detallarını araşdıran komissiyanın iclasında çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, oktyabrın 19-da Rusiya Prezidenti ona Azərbaycan tərəfinin yeni tələbini – 90%-i azərbaycanlı olan şəhərə əhalinin geri qayıtmasına zəmanət verilməsi barədə məlumat verib: “Rusiya tərəfi üçün bu təklif başadüşüləndir, çünki illər əvvəl danışıqlar masası üzərində olan nizamlanmanın rus variantında qaçqın və köçkünlər məsələsi nəzərdən keçirilirdi”.

Beləliklə, Paşinyan hesab edib ki, bundan belə nəticə çıxır ki, Şuşa məsələsi həmişə danışıqlar masasında müzakirə olunub.

O, Şuşa əhalisinin 90%-nin azərbaycanlılardan ibarət olduğu halda, onu erməni şəhəri adlandırmağın çətin olduğu fikrini bir daha təkrarlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər