Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında iştirak edib.
Banker.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərar qəbul edilib.