5 C
Baku
Friday, March 29, 2024

“Şuşa Bəyannaməsi hər hansı ölkənin əleyhinə deyil”

“Şuşa Bəyannaməsinin imzalanmasından sonrakı müddət təkcə Qarabağda deyil, bütün bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün çalışılıb”.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, sabiq daxili işlər naziri Efkan Ala Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bəyannamənin imzalanmasından sonrakı müddətdə görülən işlərlə bağlı heç bir ölkədən neqativ reaksiya gəməyib: “Bəyannamə diplomotik nailiyyət olaraq tarixə düşüb. Bu, bölgənin təhlükəsizlik və sabitliyə olan ehtiyacını sürətləndirəcək. Bəyannamədən sonra bölgədə bəzi hərəkətlilik başlayıb. Görüşlər davam edir və 6 ölkə rəhbərinin bir araya gəlməsi ilə hədəfə doğru getmək, sabitliyə nail olmaq mümkün olacaq. Bəyannamənin müddəalarında qeyd olunan hədəflərə çatmaq üçün atılan hər addım ölkələrin qazanacaqlarını ortaya qoyub. Heç bir addım hər hansı ölkənin əleyhinə deyil, əksinə, hər kəs öz üzərinə düşən müsbət payı götürür”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər