Şuşa şəhər Kollecinin binasının əsaslı təmirinə 5 milyon manata yaxın pul ayrıldı

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Şuşa şəhər Kollecinin (Qarabağ Universitetinin Turizm fakültəsi) binasının əsaslı təmiri və bərpası işlərinin satınalınması üzrə müsabiqə elan edilib.

Banker.az xəbər verir ki, müsabiqənin ehtimal olunan dəyəri 4 585 434 manat təşkil edir.

Satınalma predmetinə kollecin binasında əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi daxildir.

Son xəbərlər
Digər xəbərlər