Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “İdeal TM” QSC ilə 6.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 6 400 875 manatdır.