9 C
Baku
Thursday, December 12, 2024

Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək – Rəsmi

İşğaldan azad edilən Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, həmin yol uzunluğu təxminən 101 kilometr olan Füzuli – Şuşa avtomobil yolunun tikinti layihəsin çərçivəsində həyata keçiriləcək:

“Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər