“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin “Protean Construction” ASC ilə 32 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Şuşa şəhərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 32 050 000 AZN təşkil edir.