36 C
Baku
Wednesday, August 17, 2022

Şuşa və Ağdamı ziyarət edənlərin sayı açıqlanıb

Yanvarın 24-dən istifadəyə verilən müntəzəm avtobus marşrutları ilə bu günədək 114 reys həyata keçirilib, 4 448 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən verilən məlumata görə, sərnişinlərdən 3 049-u Şuşaya səfər edib. Onlardan 1 781 nəfər Bakı-Şuşa-Bakı, 1 268 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib. Ağdama isə ümumilikdə 1 399 sərnişin səfər edib. Onlardan 568 nəfər Bakı-Ağdam-Bakı, 831 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.

Bildirilir ki, 67 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri) işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.

Son xəbərlər
Oxşar xəbərlər