Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosse yolu gələn ilin birinci rübünə hazır olacaq.
Bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
“Növbəti bir neçə ildə Şuşada bütün küçə infrastrukturunu tamamilə hazır etməyi nəzərdə tutmuşuq”, – o deyib.
Aydın Kərimov əlavə edib ki, Şuşada artıq 15 tarixi abidə bərpa oıunub, 4 abidə üzərimdə iş davam edir.