17 C
Baku
Thursday, May 2, 2024

Şuşa və Türküstan arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol imzalanıb

Azərbaycanla Qazaxıstan arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” imzalanıb.

Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da var.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda rəsmi səfərdədir.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər