Şuşada bu il məktəb istifadəyə veriləcək.
Bunu Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, bu il tədris ilinin sonuna kimi Zabux qəsəbəsi də təhsilə qoşulacaq:
“Şuşa şəhərində yeni məktəbin istifadəyə verilməsi planlaşdırılır. Zabux qəsəbəsinin də 100-dən artıq şagirdlə bu tədris ilinin sonuna kimi təhsilə qoşulacağına inanırıq. Ağalı kəndində də məktəbimizin fəaliyyəti günü-gündən genişlənir. Ötən il orada cəmi 70-ə qədər şagird var idisə, artıq həmin məktəb də 120 şagirdlə təhsili davam etdirir. Eyni zamanda, Talış kəndində də məktəbimizdə təhsil davam edir. Şuşa şəhərində olan 1 saylı məktəbdə tədrisin ikinci yarım ildən təşkilini gözləyirik”.
Nazir həmçinin digər işğaldan azad olunmuş rayonlarda məktəbin tikintisi, təhsil infrastrukturunun yaradılması istiqamətində işlərin davam etdiyini deyib.