“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə Şuşa şəhərində D-3 yaşayış massivində nəzərdə tutulan yaşayış binalarının (1-ci mərhələ 10 ədəd bina) tikinti işlərinin satınalınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 49 129 815 manatdır.