27 C
Baku
Saturday, July 13, 2024

Şuşada 15 yaşayış binasının tikintisinə 41 milyon manat ayrılır

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxs “ARCHİCO” MMC ilə 41 milyon manatlıq 2 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 1-ci müqavilədə Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-05 (Məhəllə 05) (Yaşayış evi-17, Yaşayış evi-18, Yaşayış evi-19, Yaşayış evi-20), Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-06 (Məhəllə 06) (Yaşayış evi-21, Yaşayış evi-22, Yaşayış evi-23, Yaşayış evi-24 3-5 mərtəbəli yaşayış binalarının (avto dayanacaqlarla birgə) və mühəndis qurğularının tikintisi işlərinin satınalmalası nəzərdə tutulur.

2-ci müqavilə isə Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-03 (Məhəllə 03) (Yaşayış evi-10, Yaşayış evi-11, Yaşayış evi-12, Yaşayış evi-13), Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-04 (Məhəllə 04) (Yaşayış evi-14, Yaşayış evi-15, Yaşayış evi-16) 3-5 mərtəbəli yaşayış binalarının (avto dayanacaqlarla birgə) tikintisi və abadlıq işlərinin satınalınmasından ibarətdir.

Son xəbərlər
Digər xəbərlər