Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxs tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə Şuşa şəhəri, D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin, 1,2,3,10,11 və 12 nömrəli binalarının tikintisi nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 20 618 101 manatdır.