17 C
Baku
Thursday, November 20, 2025

Şuşada 37 milyon manata yeni yaşayış binaları tikiləcək

Şuşada yeni yaşayış binalarının tikintisi üzrə tender elan edilib.

Banker.az xəbər verir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” 36,6 milyon manatlıq tikinti və abadlıq işlərinin satın alınması üçün müsabiqə elan edib.

Banker.az xəbər verir ki, satınalma Şuşa şəhərinin D-3 massivində yerləşən 2-ci mərhələ çərçivəsində inşa ediləcək 7 yeni yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini əhatə edir.

Tikinti və abadlıq işlərinin ümumi ehtimal olunan dəyəri 36.671.544 AZN təşkil edir.

Son xəbərlər
Digər xəbərlər