2 C
Baku
Saturday, December 14, 2024

Şuşada bir neçə layihənin maliyyələşdirilməsi üzrə danışıqlar yekunlaşıb

Şuşa şəhərində həyata keçirilən bir neçə layihənin tam maliyyələşdirilməsi üzrə danışıqlar yekunlaşıb və hazırda texniki məsələlərin yekunlaşdırılması üzrə işlər aparılır.

Bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə bu layihələr ictimaiyyətə açıqlanacaq.

“Bundan başqa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə birlikdə potensial layihələr üzrərində işlər aparırıq. Çox güman ki, yaxın günlərdə yeni layihələr də olacaq”, – deyə R. Hacıyev qeyd edir.

O həmçinin əlavə edib ki, bu ayın sonunda Zəngilan rayonunda 40 minə yaxın ağac əkiləcək və bütün xərclər Fond tərəfindən ödəniləcək.

Son xəbərlər
Digər xəbərlər