26 C
Baku
Saturday, July 27, 2024

Şuşada çoxprofilli xəstəxana kompleksinin inşası bitmək üzrədir

Son iyirmi ildə ölkəmizdə 750-dən çox tibb müəssisəsi inşa olunaraq, ən yüksək texnologiyalarla təchiz olunaraq əhalinin istifadəsinə verilib. Ölkə səhiyyəsinin uğuru kimi icbari tibbi sığortanı da qeyd etmək yerinə düşərdi. İcbari tibbi sığorta geniş miqyasda həyata keçirilir və demək olar ki, səhiyyənin bütün sahələrini əhatə edir. Mütəmadi olaraq xidmətlər zərfi həm genişlənir, həm də yenilənir. Son dərəcə çətin, ağır və böyük maliyyə tutumlu cərrahi əməliyyatlar icbari tibbi sığorta tərəfindən qarşılanır. Onlara orqan-toxuma transplantasiyası və ağır, mürəkkəb açıq qəlb əməliyyatlarını nümunə göstərə bilərik.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Konqresində çıxışı zamanı deyib.

Əhliman Əmiraslanov bildirib ki, hazırda Azərbaycan səhiyyəsinin qarşısında duran ən mühüm məsələlərindən biri işğaldan azad olunmuş ərazilərdə viran edilmiş səhiyyə müəssisələrinin bərpa edilməsidir. Bu istiqamətdə artıq uğurlu addımlar atılır. Qədim Şuşada çoxprofilli xəstəxana kompleksinin inşası bitmək üzrədir. Əminəm ki, xəstəxana yaxın vaxtlarda istifadəyə veriləcək”.

 

 

Son xəbərlər
Digər xəbərlər