Sentyabrın 14-də Şuşa şəhərində İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Müşahidə Şurasının iclası keçirilib.
Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda İsrail şirkətləri tərəfindən Qarabağda və Azərbaycanın digər bölgələrində potensial layihələrin icrasına dair təqdimatlar keçirilib, palatanın 2023-cü ildəki fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
İclas çərçivəsində KOBİA, İsrail Ticarət Palataları Federasiyası və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.