Səhiyyə Nazirliyi Fərid-İnşaat firması ilə 41 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi ( 1-ci mərhələ) nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 40 808 275 manatdır.
Qeyd edək ki, Fərid-İnşaat firması 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Sübhan Həsənovdur.