18 C
Baku
Wednesday, May 29, 2024

Şuşada tikilən yaşayış kompleksindəki işlərin yekunlaşacağı tarix açıqlanıb

Şuşa şəhərinin baş planına uyğun olaraq iki ilə yaxındır ki, irimiqyaslı işlər görülür. Bunlar əsasən, elektrik, su təchizatı, rabitə xətlərinin yenidən qurulması, sosial infrastrukturla əlaqəli işlərdir.

Bu sözləri Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, aparılan işlərin əsas məqsədi şuşalıların tez bir zamanda doğma yurdlarına geri qayıtmasıdır. Bunun üçün də bütün lazımi tədbirlər görülür: “Bununla bağlı ilk layihəyə start verilib. 23 binadan ibarət 450 mənzilli yaşayış kompleksi tikilir. Binalar 3, 4 və 5 mərtəbəlidir. Təxminən 8 hektar ərazidə işlər intensiv formada davam etdirilir. İl sonunadək bu layihənin bitməsi planlaşdırılır”.

Prezidentin xüsusi nümayəndəsi onu da qeyd edib ki, tikinti Şuşanın tarixi və memarlıq üslubuna uyğun aparılır.

Aydın Kərimov yaxın vaxtlarda yeni layihələrin də inşasına başlanılacağını vurğulayıb.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər