İlham Əliyev Şuşada Park otelin yerləşəcəyi binaya baxıb.
Banker.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşa şəhərinə səfəri zamanı deyib.
“Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır” – deyə İ.Əliyev bildirib.