Şuşa rayonundakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilmiş şəxslərin böyük əksəriyyəti yerli turistlər olub.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Məlumata əsasən, 2024-cü ilin ilk yarısında hotellərdə 9 432 şəxs yerləşdirlmiş və bunun da 8 872 nəfəri Azərbaycan vətəndaşları, qalan 560 xarici turistlər olub. Ötən illə müqayisədə Şuşa otellərində rezervasiya bu il daha yüksəkdir. Keçən ilin eyni dövründə 9 021 şəxs otellərə yerləşdirilmi və bunun da 7 276 nəfəri yerli, qalan 1 745 xarici vətəndaşlar olub.
Keçən il ümumilikdə Şuşa rayonunda 10 127 gecələmə olub.
Şuşa hotelləri cari ilin ilk yarısında 2 milyon 571 min manat gəlir əldə ediblər ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur. Keçən ilin eyni dövründə hotellərin gəlirləri 2 milyon 211 min manat olmuşdu.