16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Şuşaya çəkilən elektrik xətti açılışa hazırdır”

Screen Shot 2021 09 02 at 14.34.20

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev işğaldan azad olunan ərazilərdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.

Aprelin 19-da dövlət başçısı Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyev: Qarabağda işlər necə gedir?

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev: Çox gözəl gedir, Şuşa hazırdır. Açılışa da hazırdır. Mən məruzə etmişdim ki, iki nömrəli xətt hazırdır.

Prezident İlham Əliyev: Bilirəm, xətti çəkmisiniz.

Baba Rzayev: Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq.

Prezident İlham Əliyev: Bəs ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada?

Baba Rzayev: Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir.

Prezident İlham Əliyev: Bəs, Kəlbəcər rayonunda?

Baba Rzayev: Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir.

Prezident İlham Əliyev: İndi hava şəraiti yaxşılaşıb. Yəqin ki, may ayından oraya getmək daha asan olacaq.

Baba Rzayev: Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik.

Prezident İlham Əliyev: Bəs orada, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatı normaldır?

Baba Rzayev: Hər yerə verilib.

Prezident İlham Əliyev: Şuşada da heç bir problem yoxdur.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər