25 C
Baku
Saturday, April 20, 2024

Şüur kifayət deyil: emosiyalar bizə riskləri başa düşməyə və qiymətləndirməyə necə kömək edir

Delft Texnologiya Universitetinin etika professoru Sabin Roser hesab edir ki, siyasi debatlar yalnız rasionallıq üzərində qurulmamalıdır.

Qərar qəbul etməyə gəldikdə, bir çox elm adamı və siyasətçi duyğuların irrasionallığın mənbəyi olduğunu düşünür. Pol Sloviç və Nobel mükafatı laureatı Daniel Kaneman kimi psixoloqlar izah edirlər ki, bu fərziyyə insanların risk və ehtimal barədə yanlış təsəvvürünü izah edir. Məsələn, bir çox insan nüvə enerjisindən qorxur, baxmayaraq ki, bu halda fəlakətin baş vermə şansı olduqca azdır. Yəni duyğular insanların risk haqqındakı təsəvvürünə təsir edir və buna görə də onlar elmi həqiqətlərdən uzaqlaşırlar.

Standart yanaşmalardan biri mövcud elmi sübutlardan istifadə etmək və mütəxəssisləri dinləməkdir. Texnoloji yanaşma dediyim budur. Burada əsas meyar kəmiyyətdir, ictimai narahatlıqlar isə əhəmiyyətsiz sayılır və nəzərə alınmır. Spektrin digər ucunda xalqın iradəsinin son hökm olaraq qəbul edildiyi populist yanaşma yer alır.

Mənim fikrimcə, hər iki yanaşma eyni səbəbdən qüsurludur: onlar emosiya və əsas dəyərləri ciddiyə almırlar. Aydın məsələdir ki, yüksək riskli texnologiyalar və pandemiya ilə bağlı vacib qərarlar qəbul etmək üçün müvafiq elmi dəlilləri açmaq lazımdır. Lakin elmi məlumatlar kifayət deyil. Biz həmçinin sosial və etik mülahizələri də nəzərə almalıyıq, bunun üçün isə detallı etik düşüncə və duyğulara diqqət yetirmək tələb olunur.

Niko Freyd, Antonio Damasio və Marta Nussbaum kimi psixologiya və fəlsəfə tədqiqatçıların çoxu duyğuların çətin vəziyyətlərdə bizə qərar qəbul etməyə kömək etdiyini hesab edir. Duyğu anlayışı rasionallığa zidd olmasa da, mənəvi refleksiyanın mənbəyi ola bilər.

Elektrik stansiyalar kimi enerji texnologiyalarını götürək – nüvə parçalanması, kömür yanması və ya külək və günəş enerjisi kimi bərpa olunan mənbələr vasitəsilə. Onların etik baxımdan məqbul olub-olmadığını qiymətləndirmək üçün kimin faydalandığını, kimin isə risklərə məruz qaldığını düşünməliyik. Məsələn, texnoloji yenilik onsuz da həssas olan qruplar üçün qeyri-mütənasib dərəcədə zərərlidir. Onlar sağlamlıq, rifah və eşitmə hüququ kimi vacib dəyərlər rədd edildiyi və ya nəzərə alınmadığı üçün narahat olurlar və əsəbləşirlər. Mərhəmət, empatiya, həvəs və qəzəb kimi duyğular riskin etik tərəflərini üzə çıxara bilərlər – məsələn, müstəqillik, qanunilik və ədalət. Yəni bu duyğulara diqqət yetirməklə siyasətçilər və texnologiya inkişaf etdiriciləri daha etik və sosial məsuliyyətli həll yolları tapa bilərlər.

Risk yanaşmaları ümumiyyətlə xərc və fayda təhlilinə əsaslanır. Bununla yanaşı, bir çox mülahizələr gözardı edilir – ədalət, qanunilik və müstəqillik. Mən duyğuları düşünməyə mane olan irrasional varlıq kimi qəbul etmək əvəzinə, onları dəyərlərə açılan qapı kimi görürəm.

Qeyri-müəyyənlik qarşısında qərar verməyə cəhd etdikdə etik problemlər ortaya çıxır. Bu, məsuliyyət və narahatlıq hissinə diqqətli olmağı tələb edir. Nəticələrin necə olacağını bilmədən fərqli ssenariləri qiymətləndirməyə təşviq edir. Məsələn, Yaponiyanın Fukusima şəhərində 2011-ci ildə baş vermiş nüvə qəzasının qarşısını almaq üçün elektrik stansiyaları okeandan qorumaq üçün daha yüksək maneələr qoymaq olardı. Fəlakət nəticəsində heç kim ölməsə də, minlərlə insan evini tərk etmək məcburiyyətində qaldı və onların çoxu heç vaxt əvvəlki yaşayış yerinə qayıtmayacaq. Dar və kəmiyyət yanaşmaları bu ziyanı görməməzlikdən gələ və ya minimuma endirə bilərsə, qayğıya əsaslanan yanaşma insanların rifahına təsir edən bir çox faktorları əhatə edir. Əlbəttə ki, kəmiyyət metodları genişləndirilə bilər, lakin bu, emosional və etik anlayış tələb edəcəkdir.

Risk etikası üzrə mütəxəssis Sven Ove Hansson qeyd edir ki, elmi araşdırmalarda biz ilk növbədə saxta pozitiv nəticələrin qarşısını almağa çalışırıq. Ancaq sağlamlıq və texnologiya riskləri mövzusunda dövlət siyasəti kontekstində saxta neqaqtiv nəticələrdən qaçmaq lazımdır – məsələn, kiminsə xəstə ola-ola sağlam olduğunu düşünmək və ya texnologiyaların zərərli ola-ola zərərsiz olduğuna inanmaq. Bu ideyalar qayğıya əsaslana bilər, yəni biz təhlükəsizliyi və ehtiyatlılıq prinsipini seçirik.

Digər tərəfdən, biz bu yanaşmanın etik təsirlərini də qiymətləndirməliyik. Məsələn, istənilən enerji texnologiyasının müsbət və mənfi cəhətləri var. Bu, karbon qazının tullantıları, ətraf mühitin məhv edilməsi və ya landşaftın dəyişməsi ola bilər. Etik və sosial baxımdan etik olan enerji mənbəyi əldə etmək üçün bu müsbət və mənfi cəhətləri balanslaşdırmaq lazımdır. Bu, risk mütəxəssislərinin apardıqları sadə xərc və gəlir təhlilindən daha mürəkkəbdir.

Əlbəttə ki, duyğular səhvlərə yol aça bilər, ancaq bunu istənilən məlumat mənbəyi haqqında söyləmək olar. Duyğular elmi məlumatlara, rasional analizə və emosional fikirlərə əsaslanaraq tənqidi qiymətləndirilməlidir. Bu, emosional reaksiyadan kənara çıxmağı əhatə edən yaradıcılıq və mərhəmət tələb edir. Başqa sözlə, duyğular həm obyekt, həm də tənqidi əksetmə vasitəsi ola bilər.

Təxəyyül kimi duyğu ilə əlaqəli insan qabiliyyəti gələcək ssenarilərin tərtibində və nəzərdən keçirilməsində mühüm rol oynaya bilər. Fəlakətli iqlim dəyişikliyi perspektivi bizi iqtisadiyyatı daha dayanıqlı etmək üçün fərqli həyat seçimlərini düşünməyimizi tələb edir. Rəssamlar, rejissorlar və yazıçılar bu ssenariləri həyata keçirə bilərlə. İncəsənət təxəyyülə müraciət edir, problemləri konkretləşdirir və gələcək ssenarilərin nəticələrinin etik müzakirəsini asanlaşdırır.

Biotexnologiya, robototexnika və süni intellekt sahəsindəki inkişaflar, çoxdandır elmi fantastikada öz əksini tapmışdır və bəşəriyyətin hazırda qadir olduğu şeylərdən kənara çıxır. İncəsənət və ədəbiyyat bizə mücərrəd problemləri aradan qaldırmağa və texnoloji inkişaflarla nəyi əldə etmək istədiyimizi düşünməyə kömək edir.

Duyğular – mötərizəyə alınmalı və ya nəzarət edilməsi olan əlverişsiz faktlar deyil. Onlar maneə deyil, ümumi anlaşma mənbəyidir. Duyğuları qırağa qoymaq əvəzinə, onlara mənəvi müzakirə və əks olunma üçün başlanğıc nöqtəsi kimi vacib mənbə kimi yanaşmaq lazımdır. Şəfqət, məsuliyyət və narahatlıq hissi qarşımızda duran bir çox çətin qərarların etik təsirlərini anlamağa kömək edir. Onlar həm də həmrəyliyi və bu anlayışın tələb etdiyi cəsarəti gücləndirməyə imkan verir. Riskli texnologiyaların və qeyri-müəyyən gələcəyin etik problemlərini həll etmək üçün biz bəşəriyyətin sahib olduğu zəngin imkanlardan istifadə etməliyik: sosial və humanitar elmlərin bilikləri.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər