9 C
Baku
Friday, December 27, 2024

Suveren fond ARDNF-in aktivlərinin idarə olunmasından ₼2.65 mlrd. gəlir əldə olunub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin ilk 9 ayında vəsaitinin idarə olunmasından əldə edilən gəlir 2 milyard 651.1 milyon manat təşkil edir.

Banker.az xəbər verir ki, bu barədə hesabatda qeyd edilir.

Hesabatda o da qeyd edilib ki, cari ilin əvvəlindən qlobal iqtisadiyyatda canlanma müşahidə olunsa da, inkişaf etmiş ölkələr tərəfindən sərt monetar siyasətin davam etdirilməsi iqtisadiyyatda yavaşlama riskini artırmışdır. İlin ilk 9 ayında inkişaf etmiş regionların səhm bazarlarında yüksək gəlirlilik qeydə alınsa da (11.6%), iqtisadi yavaşlama gözləntiləri səhm bazarlarına təzyiqi artırmışdır.

Son xəbərlər
Digər xəbərlər