22 C
Baku
Thursday, April 18, 2024

Suveren fond ARDNF portfelində dolların payını azaldır, avro və funtun payını artırır

Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta ehtiyatları 2022-ci ildə 8.9%, yaxud $4.01 mlrd. artıb.

Bu barədə banker.az ARDNF-in rüblük təqdim etdiyi hesabata istinadən xəbər verir.

1 yanvar 2023-cü il tarixinə Azərbaycanın suveren fondunun valyuta ehtiyartları 49 mlrd. 034 mln. dollara çatıb.

Valyuta ehtiyatlarında müşahidə olunan əsas məqamlardan biri isə ABŞ dollarında olan payının son rübdə 70.8%-dən 68.6%-ə qədər azalmasıdır.

Azərbaycan ötən il ərzində strateji valyuta ehtiyatlarında əsas ticarət tərəfdaşlarının valyutası – avronun payını 19%-dən 20%-ə qaldırıblar.

İngilis funt-sterlinqinin payı isə 4.7%-dən 5.2%-ə qədər yüksəlib.

8

Son xəbərlər
Digər xəbərlər