Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli son 3 ay ərzində inkişaf etmiş ölkələrdə (İOÖ) artıb, inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) azalıb.
Banker.az xəbər verir ki, İEOÖ-də suveren fondumuzun investisiya portfelinin payı ilin ilk rübü ərzində 32,04%-dən 31,39%-ə düşüb.
Bundan əlavə inkişaf etmiş ölkələrdə ARDNF-in portfelin payı 63,93% (63,23%) və beynəlxalq maliyyə təşkilatlarında isə 4,68% (4,73%) olub.
Portfelin coğrafi bölgüsü üzrə isə: 33,16% (rübün əvvəli 33,80%) Avropa; 33,06% (33,67%) Asiya; 27,22% (24,92%) Şimali Amerika; 1,09% (2,04%) Avstraliya; 0,74% (0,71%) Yaxın Şərq və 0,05%-i (sabit) Cənubi Amerika ölkələrinin payına düşüb.