Süveyş kanalı və “Ever Given” gəmisinin sahibi müqavilə imzaladılar

Süveyş Kanalı İdarəsi və “Ever Given” konteyner gəmisinin sahibləri arasında “sülh” müqaviləsi bağlanıb.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, gəmi 107 günlük həbsdən sonra kanaldan çıxıb.

Bildirildiyi kimi, müqavilə Süveyş Kanalı administrasiyasının qərargahının yerləşdiyi İsmailiyə şəhərində imzalanıb. “Ever Given” gəmisinin sahibi kanal rəhbərliyinə 540 milyon dollar ödəməyi boynuna götürüb. Bu məbləğin 240 milyon dolları dərhal, qalan 300 milyon dollar isə il ərzində hissə-hissə ödəniləcək.

Xatırladaq ki, “Ever Given” konteyner gəmisi Süveyş kanalına 23 mart tarixində daxil olub. Tam olaraq hərəkət 3 aprel tarixində bərpa edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.