6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Süveyş kanalının 2021-ci ildə gəlirləri açıqlanıb

Misirdə Süveyş kanalının 2021-ci ildə əldə etdiyi gəlir 6,3 milyard dollara çatıb ki, bu da kanalın tarixində ən yüksək göstəricidir.

Bu barədə kanalın administrasiyasının rəhbəri Usamə Rabia bildirib.

Onun sözlərinə görə, 2021-ci il ərzində kanalın tarixində yeni və görünməmiş rekordlar qeydə alınıb, illik gəliri 6,3 milyard dollara çatıb. Bu, kanalın 2020-ci ildə əldə etdiyi gəlirdən (5,6 milyard dollar) 12,8% çoxdur.

Bundan əlavə, illik xalis tonaj göstəricilərindədə rekord qeydə alınıb – 1,27 milyard tondan çox. Bu rəqəmlər ötən illə müqayisədə 8,5% çoxdur. Ümumilikdə kanaldan hər iki istiqamətdə 20 694 gəmi keçib, 2020-ci ildə 18 830 gəmi olub.

Son xəbərlər
Oxşar xəbərlər