14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Süveyş kanalının bağlanması dünya iqtisadiyyatına $230 mlrd. zərər vuracaq

faizlere

Mütəxəssislərin hesablamalarına görə, Süveyş kanalının bağlanması dünya iqtisadiyyatına həftədə 10 milyard dollara başa gələ bilər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, 2019-cu ildə Süveyş kanalından 19 min gəmi keçib və onlar ümumilikdə 1.25 milyard ton yük daşıyıb. Bu, dünya ticarətinin 13%-ni təşkil edir.

Hər gün bu kanaldan qərbə 5.1 milyard dollar, şərqə isə 4.5 milyard dollar dəyərində mal gətirilir. Yəni gündəlik trafikin 9.5 milyard dollardan çox olduğu təxmin edilir.

Süveyş kanalının bağlanması təkcə dünya ticarəti üçün zərərverici deyil, həm də konteyner çatışmazlığı səbəbindən ticarət dövriyyəsinin 230 milyard dollar azalması ilə nəticələnə bilər. Bu məbləğə kanalın bloklaması ilə bağlı xərclər də daxildir.

Xatırladaq ki, dünyanın ən böyük konteyner gəmilərindən biri olan “Ever Given” martın 23-ü Süveyş kanalının cənubunda ilişib. Süveyş kanalı Aralıq və Qırmızı dənizini birləşdirir.

“Lloyd’s List”in hesablamalarına görə, Süveyş kanalında baş vermiş hadisə dünya ticarətinə gündə 9.6 milyard dollara başa gəlir. Bu, saatda 400 milyon dollar itki deməkdir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər