Süveyş kanalının gəliri rekord 5.84 mlrd. dollara çatıb

An aerial port bow view of the aircraft carrier USS AMERICA (CV 66) during its transit through the canal.

Süveyş kanalı son maliyyə ilində rekord 5.84 milyard dollar qazanıb. Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə su yolu administrasiyasının rəhbəri admiral Usama Rabia məlumat verib.

Verilən açıqlamaya görə, Süveyş kanalından keçən gəmilərin sayı 2021-ci ilin birinci yarısında xeyli artıb və 9763-ə çatıb. Qeyd edək ki, keçən il bu göstərici 9546 olub.

Rabia vurğulayır ki, Süveyş kanalından keçən gəmi sayının artmasına “kanal rəhbərliyinin çevik marketinq və qiymət siyasəti kömək edib”. “Təqdim olunan güzəştlər və endirimlər konteyner gəmilərinin və toplu daşıyıcılarının tranzitində əhəmiyyətli böyümənin əldə edilməsinə təsir göstərib”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, uzunluğu 400 metr olan “Ever Given” konteyner gəmisi martın 23-də Süveyş kanalında ilişərək, oradakı hərəkəti tamamilə bağlayıb. Gəmi martın 29-da kanaldan çıxarılıb, bunun üçün təxminən 15 buksir istifadə olunub. Növbədə olan 422 gəmi bu hadisəyə görə kanaldan aprelin 3-də keçib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.