10 C
Baku
Sunday, December 22, 2024

Svop (swap) nədir?

Svopun hərfi mənada tərcüməsi “mübadilə, dəyişmək” mənalarını ifadə edir. Maliyyə bazarlarında isə SVOP: İki tərəfin məlum zaman kəsiyində bir varlıq yaxud da öhdəliyə əsasən müxtəlif faiz ödəmələrini və ya valyuta növünü qarşılıqlı olaraq dəyişdirdikləri bir mübadilə anlaşmasıdır.

Forex əməliyyatlarında alınan pul borc verilir, satılan pul isə borclanılır. Svop qarşılığı ticarət olunan valyuta məzənnəsində mövqe vəziyyətinə əsasən aşağı və yüksək faiz əlaqələrinə görə hesablanır.

İki valyutadan yüksək faiz dərəcəsinə malik olanı satıb, aşağı faizli olanı alınırsa, aşağı faizli valyuta növünün növbəti günə ötürülmə (daşınma) xərcinin ödənilməsinə razı olunmuşdur və həmin xərc investorun hesabında Svop xərci olaraq əks olunur.

Məsələn:

USD/TRY valyuta cütlüyü üzrə alış mövqeyində olan investor, maliyyə dili ilə desək, Türkiyə Lirəsini (TRY) satıb, daha aşağı faizli ABŞ Dolları (USD) almış olduğu üçün bu ticarət əməliyyatının investora Svop adı altında mənfi yönümlü bir əvəzi (SVOP xərci) ortaya çıxacaqdır.

Son xəbərlər
Digər xəbərlər