3 C
Baku
Tuesday, February 27, 2024

 “Swatch” şirkətinin yaranma tarixçəsi

Swatch Group – Livan əsilli amerikalı tərəfindən əsası qoyulan “assorti” bir şirkətdir. O saat sənayesində yeni səhifə açmış və Smart avtomobilini yaratmışdır. Nikolas Hayek Livanın paytaxtı Beyrutda dünyaya gəlib. Onun anası livanlı, atası isə amerikalı idi. O dövrdə Beyrut Şərqin Parisi adlandırılırdı. Onun 7 yaşı olduqda ailə İsveçrəyə köçmüşdü.

1980-ci illərin əvvəlində yapon istehsalçılarının öz işlərində irəli getməsi İsveçrənin saat sənayesini böhran həddinə gətirib çıxarmışdı. Omega və Longines kimi böyük markalar öz yerlərini Yaponiya və yaxud Honq Konqda istehsal edilən modellərə verməyə başlamışdı. İsveçrə saatlarının satışları 1 il ərzində 25% enmiş, dünya bazarındakı payı isə 15%-ə qədər məhdudlaşmışdı.

Nikolas Hayek özünün şəxsi konsaltinq şirkətinə rəhbərlik etdiyi vaxtda iki İsveçrə şirkətinin ləğv edilməsi prosesinə daxili müşahidəçi kimi işə dəvət edilir. Lakin Hayek bunun əvəzində o zaman faydasız hesab edilən cəhd edir ki, daha sonradan bu onun ticarət markasının əsas fərqləndirici xüsusiyyətinə çevrilir.

Swatch-Logo

Hayek yaxşı anlayırdı ki, İsveçrə saatlarının yüksək keyfiyyəti yaponlarla uğurla rəqabət aparmağa kifayət etmirdi. O artıq yeni nələrisə sınaqdan keçirməyin lazım olduğunu bilirdi.

Hayekin rəhbərliyi altında istehsalat xətti müasirləşdirilir, hissələrin sayı 91-dən 51-ə endirilir. O ucuz qiymətə daha müasir, daha ciddi dizaynlı saatlar təklif edir. İsveçrə gözlənilməz anda dünyanın diqqətini özünə çəkməyə başlayır.

Birinci il üçün satış planı 1 milyon nümunə idi. Artıq 1 ildən sonra, yəni 1984-cü ildə 2,5 milyon ədəd saat satılmışdı. Swatch saatları elə populyar aksessuara çevrilir ki, insanlar artıq 2-3 ədəd bu marka saatdan almağa başlayır.

Hazırda Swatch əvvəlki kimi öz saatları ilə məşhurdur. Kütləvi bazarı ələ keçirən şirkət bazara Breguet, Blancpain, Omega və Longines kimi brendlərlə qayıdır. Hayek hələ də təsis etdiyi şirkətdə oğlu Nik və qızı Nayl ilə işləməyə davam edir.

Son xəbərlər
Digər xəbərlər