27 C
Baku
Saturday, June 29, 2024

Swatch şirkəti təmassız ödəniş üçün saatlar yaratdı

Banker.az xəbər verir ki, Swatch şirkəti Çinin ödəniş sistemi UnionPay və ölkənin 11 bankı ilə müqavilə imzalayıb.

İsveçrə saat brendinin NFC texnologiyasını dəstəkləyən yeni 4 modeli Çinin 28 şəhərinin mağazalarında peyda olacaq. Hər yeni model UnionPay cloud ödəniş texnologiyasını dəstəkləyəcək.

İstifadəçi Swatch Pay saatlarını əldə etdikdən sonra lazımi tətbiqetməni yükləməli və funksiyanın işə salınması üçün skan prosesini tamamlamalıdır. İstehsalçı iddia edir ki, tokenizasiya prosesi bir neçə dəqiqə tələb edəcək.

Bunun ardınca isə istifadəçi öz ödəniş kartının məlumatlarını daxil edə (əgər bu kartı buraxan bank Swatch şirkəti ilə müqavilə bağlayıbsa) və UnionPay şirkətinin QuickPass texnologiyası ilə təmin edilmiş POS-terminallar ilə təmassız ödəniş edə bilər.

 

Son xəbərlər
Digər xəbərlər