21 C
Baku
Friday, September 12, 2025

“Swatch” Trampın rüsumlarına həsr olunmuş saat kolleksiyasını təqdim edib

“Swatch” şirkəti ABŞ prezidenti Trampın İsveçrə mallarına tətbiq etdiyi yeni rüsumlara istinad edən xüsusi saat seriyasını təqdim edib. Dizaynerlər siferblatda 9 və 3 rəqəmlərinin yerlərini dəyişərək vizual olaraq 39 rəqəmini göstəriblər. Qeyd edək ki, İsveçrə mallarına, o cümlədən saatlara idxal rüsumu 39%-dir.

Şirkət bu saatları “What if… tariffs?” adlandırıb və onları yalnız İsveçrə ərazisində 139 İsveçrə frankına (175 ABŞ dolları) satır. “Reuters”ə açıqlama verən Swatch nümayəndəsi bildirib ki, şirkət ümid edir: bu model İsveçrə hökumətinə hərəkətə keçmək siqnalı olacaq, çünki indiyədək ABŞ-nin milli məhsullara tətbiq etdiyi rüsum dərəcələrinin azaldılmasına nail olunmayıb.

ABŞ hakimiyyəti xarici ticarət tərəfdaşlarının məhsullarına dair yeni rüsumları 31 iyul 2025-ci ildə elan edib. 7 avqustdan ABŞ idxal olunan İsveçrə mallarına əlavə olaraq 39% rüsum tətbiq olunur. Bundan başqa, polad və alüminium məhsullarına 50%, avtomobillər və ehtiyat hissələrinə 25%, mis məhsullarına isə 50% rüsum qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər