İsveçin Swedbank maliyyə qrupu Rusiya və Belarusa ödənişləri dayandırır.
Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.
Müvafiq bəyanat qrupun saytında yerləşdirilib.
“Avropa İttifaqının və ABŞ Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) sanksiyalarının bütün tələblərinə uyğun olaraq, “Swedbank Group” Rusiya və Belarusa ödənişləri və bu ölkələrdən gələn bütün maliyyə əməliyyatlarını dayandırmaq qərarını verib”, – deyə mesajda bildirilib.
“Swedbank” xəbərdarlıq edib ki, müəyyən istisnalar ola bilər. Xüsusilə, qrup “müəyyən sosial və ictimai qruplara yönəlmiş ödənişlərə xidmət göstərməyə davam edəcək – söhbət bu ölkələrdən pensiya və ya müavinət üçün ödənişlər alan müştərilərdən gedir”.
“Swedbank” Rusiya və Belarusa ödənişlərin 20 aprel 2022-ci il daxil olmaqla mümkün olacağını bildirib.
Qeyd edək ki, maliyyə qrupu İsveç, o cümlədən Litva, Latviya və Estoniyada fəaliyyət göstərir.