Bank məlumatlarının mübadilə edilməsi sistemi olan SWIFT onunla əməkdaşlıq edən banklara gündəlik hesabatlar göndərməyə başlayacaq. Banklar isə bu məlumatlar sayəsində ödəniş prosesinin qaydasında olub-olmadığını yoxlaya və məlumatın ötürülməsində hər hansı bir pozğunluğun olmasını təyin edə bilər.
Bloomberg agentliyinin verdiyi məlumata görə, sistem dekabr ayından başlayaraq hesabatları göndərməyə başlayacaq və bu göndəriş üçün xüsusi kanallardan istifadə olunacaq.
Qeyd edək ki, cari ilin may ayında xaker qrupu SWIFT sisteminə hücum etmiş və Banqladeş Mərkəzi bankından 81 milyon dollar oğurlamışdı. Ödəniş sisteminə hücum üçün isə Alliance Access adlı zərərverici əməliyyat sistemindən istifadə edilmişdi və bu sistem SWIFT müştəri proqram təminatına hücum etmişdi. Avqust ayının sonunda isə SWIFT banklara edilə biləcək yeni xaker hüxumları haqqında xəbərdarlıq etdi.