SWIFT Beynəlxalq banklararası məlumat ötürülmə və ödəniş sisteminin baş direktoru Qottfrid Leybbrandt istefa vermək qərarına gəlib.
“SWIFT 7 il əvvəlkindən tamamilə fərqli bir vəziyyətdədir. Hər zaman idarəçiliyi ötürmək və yeni fəsildən yazmaq vaxtı yetişir. Fikrimcə, indi bunun zamanıdır”.
Banker.az məlumatına görə, 58 yaşlı baş direktor gələn ilin iyununda səlahiyyətlərini təhvil verəcək.
SWIFT sisteminə dünyanın 200 ölkəsindən 11 mindən artıq maliyyə institutu qoşulub.