Banker.az saytı xəbər verir ki, banklararası ödəniş sistemi Swift beynəlxalq ödənişləri real zaman rejimində izləməyə imkan verən yeni trekeri işə saldığını elan etdi.
Bu treker 2017-ci ilin yanvar ayında yaradılan Swift gpi — yeni innovativ ödəniş xidməti layihəsinin bir hissəsidir. Transsərhəd tranzaksiyası həyata keçirən 20-dən çox bank artıq bundan istifadə edir. Tezliklə Swift gpi-ə daha 50 maliyyə təşkilatı qoşulacaq.
Swift gpi beynəlxalq ticarət ilə məşğul olan şirkətlərə xidmət və yaxud məhsul çatdırılması qarşılığında ödənişi vaxtında əldə etməyə imkan verir ki, bu da məhsulun satış prosesini sürətləndirir.
İnnovativ gpi-treker real zaman rejimində ödənişlə bağlı tam məlumatı təqdim edir və alıcının hesabına məbləğ yatırıldıqda bildiriş göndərir. O həmçinin tranzaksiya zamanı baş verə biləcək riskləri də minimuma endirir.