SWIFT banklararası sistemi vasitəsilə beynəlxalq hesablaşmalarda dolların payı iyulda rekord həddə çatıb. Ötən ayın nəticələrinə görə, Amerika valyutası hesablaşmaların 46.46%-ni (+4.44 faiz bəndi) təşkil edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Bununla yanaşı, avronun beynəlxalq hesablaşmalarda payı məlumatların dərci tarixində ən aşağı səviyyəyə düşüb. İyun ayı ilə müqayisədə 6.83 faiz bəndi azalaraq 24.42% təşkil edib.
Yuan iyul ayında müsbət dinamika nümayiş etdirib. Onun SWIFT vasitəsilə beynəlxalq hesablaşmalarda xüsusi çəkisi 0.29 faiz bəndi artaraq 3.06%-ə çatıb. Bu, 2022-ci ilin əvvəlindən bəri ən yüksək göstəricidir.